Çindən yeni zenit-raket kompleksi

Çinin CASIC (China Aerospace Science and Industry Corporation) şirkəti FL-2000C adlı yeni hava hücumundan müdafiə sistemini təqdim edib. “AzeriDefence”nin məlumatına görə, yeni sistem özündə iki oxlu yük avtomobili şassisində yerləşmiş FLV-1/FLG-1/FL-2000 zenit-raket kompleksini birləşdirir.

FL-2000C yaxın radiusda hərəkət edən hədəfləri məhv etmək üçün hazırlanıb. Kompleks TY-90 raketlərindən istifadə edir.

Avtomobilin yük platformasında qurulmuş hərəkətli buraxıcı qurğu hər biri dörd raketli iki blokdan ibarətdir. Kompleks həm müstəqil, həm də zenit-raket komplekslərinin müxtəlif tiplərindən ibarət qrupu tərkibində tətbiq edilə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş