Çinin “Ağ Əjdaha”sı dənizdən ilk uçuşunu edib

Çinin “Ağ Əjdaha”sı dənizdən ilk uçuşunu edib

Çinin “Aviation Industry Corporation of China” (AVIC) şirkəti tərəfindən istehsal edilən AG600 “Ağ Əjdaha” təyyarəsinin dənizdən uçuş sınaqları keçirilib.

Azeri Defence saytının “Chinadaily” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə AVIC şirkəti məlumat yayıb.

Çinin Şandonq əyalətindəki Qinqdao şəhər limanından uçuş həyata keçirən AG600 amfibiya təyyarəsi havada bir sıra manevr imkanlarını nümayiş etdirib. 31 dəqiqə davam edən sınaq uçuşlarının uğurla nəticələndiyi bildirilib.

AG600 amfibiya təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb. Təyyarənin uzunluğu 39,3 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili 4 500 km təşkil edir. Amfibiya təyyarəsi 20 saniyə ərzində 12 ton su toplaya bilir. 3 nəfər heyəti olan “Ağ Əjdaha” 4 ədəd turbovintli mühərriklə təchiz olunub.

Çin 15 il ərzində 60 ədəd AG600 “Ağ Əjdaha” təyyarəsini istifadəyə qəbul etməyi planlaşdırıb. Hazırda istehsalçı şirkət 17 ədəd AG600 təyyarənin istehsalına dair müqavilə imzalayıb. AG600 amfibiya təyyarəsinin ilk patiyasının 2022-ci ilə qədər sifarişçiyə çatdırılması planlaşdırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş