Çinin Belarusa verdiyi CS/VN3 zirehli maşınlar test edilib

Çinin CS/VN3 zirehli avtomobilləri Belarus ordusunda sınaqdan keçirilib.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, Belarus Müdafiə Nazirliyi “Qərb – 2017” hərbi təlimləri çərçivəsində Çinin CS/VN3 zirehli avtomobillərinin döyüş qabiliyyətini və imkanlarını test edib.

“Drakon” adı verilən texnikanın sınaqdan keçirilməsində məqsəd, zirehli maşının keyfiyyətini müəyyən etmək, müxtəlif şəraitlərdə tətbiqi və dözümlülük dərəcəsinin yoxlamaq olub.

Təlimlər oktyabr ayının 21-nə qədər davam edib. Təlimlərdən sonra zirehli avtomobillərin qapıları və pilləkəni yenidən təchiz ediləcəyi bildirilib. Bundan sonra, “Drakon” zirehli maşınları Belarus Silahlı Qüvvələrinə təhvil veriləcək.

Məlumatda o da qeyd olunub ki, CS/VN3 zirehli avtomobillərin ilk partiyası 2017-ci ilin iyununda Belarus və Çin Müdafiə Nazirlikləri arasında bağlanmış müqaviləyə uyğun olaraq Belarusa təmənnasız, hərbi-texniki yardım məqsədi ilə verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş