Çinin ilk milli aviadaşıyıcı gəmisi bu il suya endiriləcək – FOTO

Çinin ilk “Type 001A” kod adlı aviadaşıyıcı gəmisinin tikinti işlərinə yekun vurulub.

“AzeriDefence”nin məlumatına görə, yeni gəminin 2017-ci ilin sonlarında suya buraxılması nəzərdə tutulub.

Bu ilk aviadaşıyıcı gəmidir ki, Çində layihələndirilərək, inşa edilib.

Hazırda Çin Hərbi Dəniz Qüvvələrində Ukraynadan 2012-ci ildə satınalınan bir aviadaşıyıcı gəmi mövcuddur.

“Lyaonin” adlandırılan həmin gəmi Ukraynada 1143.6 layihəsi üzrə “Kreçet” adı ilə inşa olunub.

Çinin yeni aviadaşıyıcısı da Sovet gəmiqayırma ənənələrinə uyğun tikilib. Bunun layihə sənədlərinin Ukraynadan alındığı da ehtimal olunur.

avianos_proekt

KATEQORIYA:
Bu xəbəri paylaş