Çinin məxfi saxlanılan pilotsuz uçuş aparatının fotoları yayıldı

İnternet səhifələrində Çin istehsalı olan yeni “Şen Diao” adlı pilotsuz uçuş aparatının (PUA) fotoları yayılıb.

“AzeriDefence”nin məlumatına görə, PUA iki gövdədən və turbo mühərrikdən ibarətdir.
PUA-nın fotosunu Şenyan şəhərində yerləşən Aviatikinti İnstitutunun 601-ci bazasında təlim uçuşu zamanı çəkmək mümkün olub.

Mütəxəssislərin sözlərinə görə, bu PUA stels texnologiyası üzrə hazırlanıb və təyyarələrin axtarışına təyinatlanıb.

PUA-nın bütün elektron cihazları və radiolakasiya avadanlıqları həmin gövdədə yerləşir.

KATEQORIYA:
Bu xəbəri paylaş