Çinin yeni snayper tüfəngi – NSG-1

Çinin NORİNCO şirkəti NSG-1 adlı yeni snayper tüfəngini İDEX-2015 sərgisində hərbi ictimaiyyətə təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, 7.62×51 mm çaplı patronlarla atəş açan snayper tüfənginin çəkisi boş halda 6 kq, uzunluğu 1120 mm, darağının tutumu 5 patrondur. Tüfəng 4-15×50 və ya 8.5-32×50 gündüz nişangahları, həmçinin gecə və termal nişangahlarla komplektləşdirilir.

“Bolt action” prinsipinə malik snayper tüfənginin dəstəyi qundaqla birləşikdir. Silahın standart qundağında yanaq tənzimçisi və dayaq mövcuddur. Tüfəngin lülə qutusunun üzərində və lülənin üzərində optika qurmaq üçün piccatini relsi qurulub.

KATEQORIYA:
Bu xəbəri paylaş