“Cirit” raketinin “Tiger UHT” helikopterlərinə inteqrasiyasına dair saziş imzalanıb

Türkiyənin ROKETSAN və Almaniyanın MBDA Germany şirkəti arasında 70 mm çaplı lazer başlıqlı “Cirit” raketinin “Tiger UHT” helikopterlərinə inteqrasiyası sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair saziş imzalanıb.

Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.

Sazişdə tərəflər izlənəcək yol xəritəsi və üzərlərinə düşən məsuliyyətləri müəyyən ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş