Cənubi Koreya Azərbaycan aeroportda radioaktiv maddələri aşkarlamaq üçün yardım göstərəcək

Cənubi Koreya hökuməti Azərbaycana radioaktiv maddələri aşkar etmək üçün 300000 ABŞ dolları dəyərində yardım göstərəcək. Bu barədə “AzeriDefence” Koreya Milli Nüvə Təhlükəsizlik İdarəsinin (NNSA) istinadən məlumat verib.

NNSA-nın açıqladığı məlumata görə, bu məqsədlə alınan radiasiya aşkaretmə detektoru Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadə olunacaq. Vəsait nüvə silahının yayılmaması və təhlükəli radioaktiv vasitələrin qanunsuz daşınması ilə mübarizə üzrə beynəlxalq müqaviləyə dəstək çərçivəsində ayrılıb.

Detektorların quraşdırılması nüvə və radioaktiv materialların aşkarlanması və qanunsuz dövriyyəsinin qarşısının alınması üçün Azərbaycana əlavə imkanlar qazandırmış olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş