Cənubi Koreya sahil mühafizəsini gücləndirir

Cənubi Koreya İndoneziya istehsalı olan CN-235 sahil mühafizə təyyarələri alır. “AzeriDefence”nin məlumatına görə, CN-235 təyyarəsi “PT Dirgantara Indonesia” şirkətində istehsal olunub. Təyyarələrin artıq dördü Cənubi Koreyaya təhvil verilib. 2008-ci ildə imzalanan 94 milyon dollar dəyərindəki müqavilənin icrasına 2011-ci ildən başlanılıb. Seul ilk iki təyyarəni ötən ilin mayında və dekabrında alıb.
Hərbi-nəqliyyat təyyarəsi olan CN-235 çəkisi 16 ton, dayanmadan uçuş məsafəsi isə 4,3 min km-dir. Dörd ton həcmində olan yanacaq çəni, təyyarəyə dayanmadan 10 saat uçuş aparmaq imkanı verir. CN-235 ekipajı 2-3 nəfərdir. Bu patrul təyyarəsi xüsusi texniki avadanlıqlarla da təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş