Cənubi Koreyanın helikopter tenderində 3 şirkət mübarizə aparacaq

Cənubi Koreyanın dəyəri bir neçə milyard dollar təşkil edən döyüş helikopterlərinin satın alınmasına dair tenderdə 3 şirkət mübarizə aparacaq. Bu barədə “AzeriDefence” “Defence News” qəzetinə istinadən məlumat verib.

Tenderdə Boeing, Bell Helicopter Textron və AgustaWestland/Turkish Aerospace Industries (TAI) şirkətlərinin konsorsiumu mübarizə aparacaq.

Cənubi Koreya tenderinə Boeing AH-64 Apache, Bell – Cobra, AgustaWestland/TAI konsorsiumu isə T-129 helikopterini təklif edir.

Türkiyə rəsmi nümayəndələri iyulda T-129 helikopterinin Cənubi Koreyada sınaqlarda iştirak edəcəyini təsdiqləyiblər.

Tenderin qalibi oktyabr ayında seçiləcək. Ümumilikdə Cənubi Koreya 50 ədəd döyüş helikopterini almağı planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş