“Cobra II” zirehli maşının xarici bazara ixracına başlanılıb

Türkiyənin “Otokar” şirkəti “Cobra-II” zirehli nəqliyyat vasitəsinin xaricə ixracına başlayıb.

Bunu “AzeriDefence” Türkiyə mediasına istinadən xəbər verib.

İlk dəfə Türkiyədə IDEF-2013 müdafiə sərgisində təqdim olunan 4×4 təkər formullu “Cobra II” transportyoru öz sinifinin daha güclü zirehlə təchiz olunmuş yeni versiyasıdır.

“Otokar” şirkəti transportyorun ixrac ilə bağlı Cənubi Asiya ölkələrindən biri ilə müqavilə bağlayıb. Müqavilə imzalanan ölkənin və şirkətin adı isə açıqlanmır.

Transportyor təhlükəsizlik xidmətlərində istifadə olunması nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş