“Cobra II” istifadəçilərinin sıraları genişlənir

“Cobra II” istifadəçilərinin sıraları genişlənir

Türkiyənin “Otokar” şirkəti “Cobra II” taktik təkərli zirehli nəqliyyat vasitəsinin ixracına dair yeni müqavilə imzalayıb.

Bu barədə “Azeri Defence”yə “Otokar” şirkətindən məlumat verilib.

“Otokar” şirkətinin mətbuata açıqlamasında adı açıqlanmayan Afrika ölkəsi ilə “Cobra II” maşınlarının ixracına dair 25 milyon ABŞ dolları dəyərində müqavilənin imzalandığı qeyd olunub. Müqaviləyə ehtiyat hissələrin tədarükü və təlimlərin keçirilməsi də daxildir. Müqavilə üzrə çatdırılmalara bu il ərzində başlanacaq və 6 ay ərzində tamamlanması planlaşdırılır.

Qeyd edək ki, “Otokar” oktyabr ayında bir Afrika ölkəsi ilə “Arma 8×8” və “Cobra II” ixracına dair 110 milyon dollar dəyərində müqavilə imzalamışdı.

 

KATEQORIYA:
Bu xəbəri paylaş