“Cobra II” Körfəz ölkələrinə istiqamət aldı

Türkiyənin “Otokar” şirkətinin son məhsullarından olan “Cobra II” zirehli transportyoru Körfəz ölkələrinin birində testlərdən keçib.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc məlumat verib.

Maşın isti iqlim və amfibiya testlərindən uğurla keçib. Təxminən 5000 km yol qət edən “Cobra II” açıq dənizdə üzmə testlərini də uğurla başa vurub.

S. Görgüc bu maşının “Otokar” nəqliyyat vasitələri ailəsində özünəməxsus yer tutacağına əmin olduğunu bildirib. Şirkət rəhbəri “Cobra II” maşınının öz zirehinə, güllə və minaya qarşı qoruma səviyyəsinə görə sələfindən əhəmiyyətli şəkildə fərqləndiyini vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş