“Cobra II” maşınlarının Türkiyənin Quru Qoşunlarına çatdırılmasına başlanıb

“Otokar” şirkətinin Türkiyənin Quru Qoşunları üçün istehsal etdiyi “Cobra II” zirehli maşınlarının sifarişçiyə təhvil verilməsinə başlanıb.

“AzeriDefence” bu barədə Türkiyə mediasına istinadən məlumat verib.

Quru qoşunların sərhəd təhlükəsizliyi xidmətlərində istifadəsi üçün nəzərdə tutulan “Cobra II” transportyoru özünün yüksək qoruma səviyyəsi, geniş daxili bölməsi və yüksək manevr qabiliyyəti ilə seçilir.

“Cobra II” transportyorunun şassisi üzərində ASELSAN şirkətinin istehsalı olan 10 km məsafədən insanı təyin edə bilən “Acar” yerüstü müşahidə radarı, uzun mənzilli elektro-optik sensor sistemi və Fransanın “Metravib” şirkətinin istehsalı olan atəş nöqtələrini müəyyənləşdirən “Pilar” sistemi quraşdırılıb.

Maşın mina, improvizə edilmiş partlayıcılar və balistik təhdidlərə qarşı üstün qorumanı təmin edir.

Sərhəd təhlükəsizliyi layihəsi çərçivəsində Türkiyə Quru Qoşunlarına 82 ədəd “Cobra II” maşını təhvil veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş