“Cobra”nın moderinləşdirilməsini Türkiyə şirkətləri həyata keçirir

Bəhreyn Silahlı Qüvvələrinə məxsus AH-1 “Cobra” helikopterlərinin moderinləşdirilməsini Türkiyənin ASELSAN və TAİ şirkəti həyata keçirir.

“AzeriDefence”in məlumatına görə, bu barədə ASELSAN şirkətinin fəaliyyət hesabatında bildirilib.

Moderinləşdirmə çərçivəsində ASELSAN şirkəti 14 ədəd AH-1 “Cobra” helikopterinin kabinəsini, kokpitini, hədəf təsbiti, nişangah və silah idarəetmə sistemlərini yeniləyəcək.

Bununla yanaşı ASELSAN sifarişçini ehtiyyat hissələri və texniki dəstəklə də təmin edəcək.

Layihədə TAİ helikopterin avionika və silah sisteminin təchizatında ASELSAN-la əməkdaşlıq edir.

Proqramın ümumi dəyəri 70 milyon ABŞ dolları təşkil edir. Müqavilə çərçivəsində AH-1 “Cobra” helikopterinin modernləşdirmə işlərinin 2020-ci ildə tamamlaması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş