Cocuq Mərcanlıda 3 ədəd OZM-72 və 1 ədəd tank əleyhinə mina aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzəriDefence”yə verilən məlumata görə, mayın 22-də Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 1 036 ədəd qəlpə, 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 18 893 kv.m (1.89 ha) ərazi tam təmizlənib, 28 500 kv.m (2.85 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş