Cocuq Mərcanlıda 3 ədəd OZM-72 və 8 ədəd tank əleyhinə mina aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları davam etdirilir.

Agentliyin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, may ayının 19-da Cocuq Mərcanlı kəndində aparılmış əməliyyatlar zamanı 1 495 ədəd qəlpə, 2 ədəd partlamamış hərbi sursat (30 mm-lik silah qumbarası (VOQ-17)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və  8 ədəd tank əleyhinə mina (1 ədəd TM-57 minası və 7 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edilərək zərərsizləşdirilib.

Nəticə etibarilə 19 064 kv.m (1.91 ha) ərazi tam təmizlənib, 28 100 kv.m (2.81 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş