Cocuq Mərcanlıda tank əleyhinə mina və əl qumbarası aşkar edilib

Mayın 23-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 20 363 kvadratmetr (2.04 ha) ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat zamanı 1 071 ədəd qəlpə, 1 ədəd tank əleyhinə mina (TM-57) və 1 ədəd partlamamış hərbi sursat (RQ-42 əl qumbarası) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.  27 200 kv.m (2.72 ha) ərazi xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş