Cocuq Mərcanlıda tank əleyhinə raket aşkar edilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatını davam etdirir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Cocuq Mərcanlı kəndində gün ərzində 12 100 (1.21 ha) ərazi tam təmizlənib, 940 kv.m (0.09 ha) ərazi 20 sm dərinliyində və 1 000 kv.m (0.10 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Əməliyyat axtarış zamanı 1 ədəd partlamamış hərbi sursat (PQ-7S) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Agentliyin mütəxəssisləri tərəfindən 24 gün ərzində 10 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 4 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib.

Həmçinin 453 980 kv.m (45.40 ha) ərazi tam təmizlənib, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş