Cocuq Mərcanlıda tank əleyhinə raket aşkar edilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları davam etdirilir və iyun ayının sonuna kimi tamamlanması planlaşdırılır.

ANAMA-nın mətbuat xidmətindən “AzəriDefence”yə verilən məlumata görə, iyunun 12-də Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 1 417 ədəd qəlpə, 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 19 461 kv.m (1.95 ha) ərazi tam təmizlənib, 14 000 kv.m (1.4 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş