“Codan”dan yeni radiostansiya

Codan Radio Communications 2110M seriyasından 3G əlaqəsini dəstəkləyən radiostansiyasını təqdim edib. “AzeriDefence”nin bildirdiyinə görə, Parisdə keçirilən EUROSATORY-2012 sərgisində nümayiş olunan radiostansiya NATO STANAG 4538 standartını dəstəkləyir.

Məlumat ötürmə sürəti artırılmış 2110M radiostansiyası uzunömürlü akkumulyatorla təchiz edilib. Radiostansiya ikinci nəsil avtomatik rabitəni, tezlik dəyişmə, şifrələnmə və GPS xidmətlərini dəstəkləyir.

KATEQORIYA:
Bu xəbəri paylaş