Cubic Defense “Fire Scout”ların rəqəmsal link sistemini hazırlayacaq

Cubic Defense şirkəti MQ-8C Fire Scout pilotsuz helikopter üçün yeni multiband rəqəmli link sistemi hazırlayacaq. Bu barədə “AzeriDefence” şirkətin saytına istinadən məlumat verib.

Bununla bağlı Cubic Defense pilotsuz helikopterin istehsalçısı olan Northrop Grumman şirkətindən 3.7 milyon dollar məbləğində sifariş alıb.

Daha kiçik və yüngül komponentlərdən istifadə edilməklə hazırlanan Cubicin İSR məlumat ötürmə linkində informasiyalar və video açıq standart radio tezlikdən istifadə edilməklə ötürülür. Bu həmçinin məlumatların sürətli ötürülməsini təmin edir. Yeni sistemin inteqrasiya olunmuş komponenti – Cubic Çox Diapazonlu Minyatür Qəbuledicidir (MMT). MMT ikili informasiya ötürmə kanalından istifadə edərək eyi zamanda Ku və C diapazonunda ötürməni təmin edir.

KATEQORIYA:
Bu xəbəri paylaş