“Dəniz kuboku” müsabiqəsinin qalibləri mükafatlandırılıb – FOTOLAR

“Dəniz kuboku” müsabiqəsinin qalibləri mükafatlandırılıb – FOTOLAR

“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz kuboku” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə Azeri Defence saytı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Dəniz kuboku” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycanın Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev və Rusiyanın Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov iştirak edib.

“Dəniz kuboku” müsabiqəsində birinci yeri eyni sayda xal qazanan Azərbaycan və Rusiyanın komandaları bölüşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş