“Dəniz kuboku”nun hakimlərinə sertifikatlar təqdim edilib

“Dəniz kuboku”nun hakimlərinə sertifikatlar təqdim edilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar təqdim edilib.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Keçirilmiş seminarda iştirakçılar “Hakimlik haqqında” əsasnamənin müzakirəsi zamanı hakimliyin prinsip və kriterləri, mükafat və cərimə ballarının hesablanması qaydası üzrə yekdil razılığa gəlib, hakimlərin səlahiyyət və vəzifələrini müəyyən ediblər.

Müsabiqənin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququ verən sertifikatlar təqdim edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş