Dadaş Rzayevin səhhəti yaxşılaşıb, yaxın günlərdə işə çıxacağı gözlənilir

Azərbaycan Respublikası Silahlı Qüvvələr, Əmək və Müharibə Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayevin səhhəti normallaşıb.

“AzeriDefence”nin Veteranlar Təşkilatından əldə etdiyi məlumata görə, ötən həftə Dadaş Rzayev işə baş çəkib, qısa müddət də olsa ofisdə olub və işlərin gedişi ilə maraqlanıb.

D.Rzayevin dekabrın 22-dən təkrar işinə dönəcəyi söylənilir.

D.Rzayev sentyabr ayının 20-də qan təzyiqinin yüksəlməsi ilə əlaqədar təcili yardımla Mərkəzi Kilinik Hospitala yerləşdirilib. O, hospitalda müalicə aldıqdan sonra bir müddətdir ev şəraitində müalicəsini davam etdirirdi.

General-mayor Dadaş Rzayevin səhhəti ilə bağlı bir müddət işə çıxmaması Respublika Silahlı Qüvvələr, Əmək və Müharibə Veteranları Təşkilatının ətrafında, xüsusilə də Təşkilata D. Rzayevdən sonra sədrlik etmək istəyində olan şəxslərin hərəkətə keçməsi barədə müəyyən söz-söhbətlərin yayılmasına səbəb olub.

Xatırladaq ki, dekabrın 22-də general-mayor Dadaş Rzayevin 81 yaşı tamam olur.

Qeyd edək ki, Dadaş Rzayev 23 fevral 1993 — 17 iyun 1993-cü il tarixlərində Azərbaycanın müdafiə naziri olub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş