Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi əməliyyatları davam etdirilir

Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi əməliyyatları davam etdirilir

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin cavabdeh zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Rusiyanın mühəndis bölmələri, sülhməramlı müşahidə məntəqələri arasındakı marşrutlarda, yaşayış məntəqələri və sosial infrastruktur obyektləri ərazilərində və ümumi yollarda mühəndis kəşfiyyatı və minalardan təmizlənmədə iştirak edirlər.

Mərkəzin mütəxəssisləri təxminən 3 km uzunluğundakı Şuşa- Lısoqorski (Turşsu) yol hissəsində mühəndis kəşfiyyatı və partlayıcı maddələrin təmizlənməsi işləri aparıblar.

Gün ərzində 100-dən çox partlayıcı maddə tapılıb ki, bunlar xüsusi təchiz edilmiş poliqona aparılaraq məhv edilib.

Ümumilikdə, Dağlıq Qarabağdakı sülhməramlı əməliyyat zamanı mühəndis bölmələri 24 hektardan çox ərazini və 8 kilometrdən çox yolları təmizləyib, 750-dən çox mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş