Dağlıq Qarabağ və Laçın dəhlizindəki təmas xətti boyunca 10 müşahidə postu qurulub

Dağlıq Qarabağ və Laçın dəhlizindəki təmas xətti boyunca 10 müşahidə postu qurulub

Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının Dağlıq Qarabağdakı sülhməramlı batalyonu Gorus rayonundan Xankəndi istiqamətində təxminən 100 km uzunluğunda cəmləşmə rayonuna hərəkət ediblər.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Sülhməramlı kontingentin bölmələri Gorus, Sus, Geytala, Lısoqorski aşırımı, Şuşanın cənub-qərb kənarı marşrutu boyunca hərəkət edib və “Cənub” cavabdeh zonasında 4 müşahidə məntəqəsi yerləşdirilib. Sülhməramlı kontingentin bölmələri Laçın dəhlizini və Laçın yolunun bir hissəsini – Lısoqorski sovxozunu (Turşsu – red.) nəzarətə götürərək, orada 6 müvəqqəti müşahidə postu qurub.

Ümumilikdə, Dağlıq Qarabağ və Laçın dəhlizindəki təmas xətti boyunca 10 müşahidə postu qurulub. Ermənistan ilə Azərbaycan arasında imzalanan müqavilələrə uyğunluğa nəzarət etmək üçün “Şimal” və “Cənub” cavabdeh sahələrində on altı müşahidə məntəqəsinin yaradılması planlaşdırılıb.

Sülhməramlı kontingent yalnız sülhməramlı tapşırıqları yerinə yetirmək üçün xüsusi təlim keçmiş hərbi qulluqçulardan ibarətdir. Şəxsi heyət silahlı qarşıdurmalarda beynəlxalq humanitar hüquq normalarının öyrənilməsi və yerinə yetirilməsi üzrə xüsusi təlim keçib.

Sülhməramlı kontingent BTR-82A zirehli transportyorlar, “Tiqr” və “Tayfun” zirehli maşınları da daxil olmaqla müasir silahlar, hərbi və xüsusi texnika ilə təchiz edilib.

Atəşkəs rejiminin pozulması halları barədə məlumat toplamaq, bu məlumatları dərhal sülhməramlı qüvvələrin komandanlığına çatdırmaq, eyni zamanda tranzit nəqliyyatın təhlükəsizliyini qorumaq və mülki şəxslərə qarşı qanunsuz hərəkətləri durdurmaq vəzifəsi onlara həvalə edilib. Sülhməramlılar əməliyyat bölgəsində, sülhməramlı kontingentin bir hissəsi olan hərbi polis bölmələrinin vəzifələrini də yerinə yetirəcəkdir. Onlara tərəflərin təmas xətti boyunca patrul xidməti, konvoyları və yükləri müşayiət etmək həvalə olunur.

 

KATEQORIYA:
Bu xəbəri paylaş