Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi davam edir

Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi davam edir

Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə göndərilməsi davam etdirir.

“Azeri Defence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən gün ərzində İl-76 hərbi-nəqliyyat təyyarələri 20 uçuş həyata keçirib. Təyyarələrlə 372 hərbçi, 53 ədəd avtomobil və xüsusi texnika daşınıb.

Bildirilib ki, sülhməramlı əməliyyat başladıqdan bəri 56 hava uçuşu həyata keçirilib, 817 hərbçi və 119 ədəd silah və hərbi texnika, Rusiya Hava-Kosmik Qüvvələrinin 8 ədəd Mi-8 və Mi-24 helikopteri nəql edilib.

“Daşınmadan sonra helikopterlər mühəndis və texniki heyət tərəfindən istismara hazırlanıb və xidməti aerodromlara uçub. Aviasiya qrupları təlim uçuşlarını başa çatdırıb və vəzifələrə hazırdırlar.

Bu gün gəlmiş sülhməramlı birləşmənin ikinci taborunun bölmələri, Erebuni hava limanında boşaldıldıqdan sonra Goris qəsəbəsi istiqamətində cəmləşmə rayonyna üç yüz kilometrlik yürüş ediblər.

Sülhməramlı tapşırıqları yerinə yetirmək, baş verə biləcək insidentlərin qarşısını almaq və Rusiya hərbi personalının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı fəaliyyət təşkil edilib. Birbaşa rabitə kanalları yaradılıb”, – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Məlumatda o da qeyd olunub ki, Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi, Rusiyanın sülhməramlı kontingentinin missiya ərazilərinə köçürülməsinə, yerləşdirilməsinə nəzarət etmək və izləmək üçün bir sıra tədbirlər həyata keçirir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş