Dağlıq Qarabağda Ermənistan Ordusunun hərbçisi ölüb

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu ölüb.

“AzeriDefence” “news.am” saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağın Şərq istiqamətində  saat 11:50 radələrində 1998-ci il təvəllüdlü hərbçi Ayk Xaçatryan mina partlayışı nəticəsində aldığı xəsarətlərdən ölüb.

Qondarma rejimin Müdafiə Nazirliyindən faktı təsdiqləyərək bildiriblər ki, hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün istintaq aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş