Daha 30 ədəd T-90S tankı Bakıya gətirilib

Azərbaycanın Rusiyaya sifariş verdiyi T-90S tanklarının yeni partiyası ölkəyə gətirilib. “AzeriDefence”nin məlumatına görə, tanklar bu gün Bakı limanında bərədən boşaldılaraq testlərin keçirilməsi üçün poliqona aparılıb.

Tankların sınaqları Uralvaqonzavod Elmi İstehsalat Müəssisəsinin mütəxəssislərinin iştirakıilə keçiriləcək.

Uralvaqonzavod Elmi İstehsalat Müəssisəsinin nümayəndəsinin Qazaxıstanda keçirilmiş KADEX-2014 sərgisində AzeriDefenceyə verdiyi məlumata görə, Bakıya yola salınmış partiyaya 30 ədəd T-90S tankı daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş