Daha bir ölkə Elta Systemsin port mühafizə sistemini seçdi

İsrailin Aviasiya Sənayesi (İAİ) qrupuna daxil olan ELTA Systems şirkəti adı açıqlanmayan xarici müştəridən 53 mln. ABŞ dolları tutarında Port Mühafizə Sisteminin çatdırılmasına dair sifariş alıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə İAİ şirkəti məlumat yayıb.

Müqavilə sistemin müvəffəqiyyətli testlərindən sonra imzalanıb. ELI-3320 Port-Guard mühafizə sistemi gəmilər, qayıqlar, üzmə avadanlıqları, dalğıclar, insanlar və limana yaxınlaşan hərəkətli nəqliyyat vasitələri ilə yanaşı yeraltı hədəfləri də təsbit etmək, izləmək və sinifləndirmək üçün müxtəlif sensorlara malikdir.

Sistemin komanda mərkəzindən hədəfləri vizual izləmək və potensial təhdid müəyyənləşdirildikdə müvafiq önləm almaq mümkündür.

KATEQORIYA:
Bu xəbəri paylaş