Daha bir ölkə Ukraynanın BTR-4M zirehli transportyorlarından imtina etdi

İndoneziya Ukrayna istehsalı olan BTR-4M zirehli transportyorlarının satınalınmasından imtina edir.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə nüfuzlu “Jane’s” hərbi nəşri məlumat yayıb.

Xarkovda istehsal olunan BTR-4M-lərin satınalınması ilə bağlı razılıq 2014-cü ildə “Ukrspetstexnoeksport”la İndoneziyanın Müdafiə Nazirliyi arasında əldə olunub.

2016-dən başlayaraq İndoneziyada texnikanın sınaqlarına başlanılıb. Transportyorun amfibiya, atəş və digər texniki xarakteriskaları üzərində test aparılıb.

“Ukroboronprom” sınaqların yaxşı getdiyini desə də İndoneziya Müdafiə Nazirliyindəki mənbə adıçəkilən ölkənin hərbçilərinin texnikada bir sıra çatışmamazlıqlar aşkarladıqlarını söyləyib.

Qeyd edək ki, bir neçə il əvvəl İraq Müdafiə Nazirliyi də Ukrayna istehsalı olan BTR-4 zirehli transportyorlarında texniki problemlər aşkar etdiklərindən adıçəkilən maşınları təhvil almayaraq geri qaytarmışdı.

KATEQORIYA:
Bu xəbəri paylaş