Daha bir ölkənin helikopterləri ASELSAN-ın radioelektron mübarizə sistemləri ilə qorunacaq

ASELSAN şirkəti bir xarici müştəri ilə radioelektron mübarizə sistemlərinin satışına dair müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Sözügedən müqavilə çərçivəsində məhsulların sifariçiyə çatdırılması 2016-2019-cu illərdə həyata keçiriləcək.

ASELSAN-ın inteqrə radioelektron mübarizə və özünü qoruma sistemi olan HEHSİS müasir dizayna malikdir. HEHSİS Sistemi sabit qanadlı və rotorlu hava platformalarının radioelektron təhdidlərə qarşı tədbirlər həyata keçirməsinə və effektiv qorunmasina imkan verir.

Sistem radar, raket, lazer xəbərdarlığı, Chaff/Flare atımı, RF qarışdırıcı qabiliyyətləri ilə pilotlar üçün maksimum şəkildə informasiya təmin edir, onların işlərini daha da asanlaşdırır.

Daxili Mərkəzi İdarəetmə avadanlığı ətrafında inteqrasiya edilmiş modulyar arxitekturaya sahib olan ASELSAN Radioelektron Mübarizə Özünü Qoruma Sistemi xarici müştərilər tərəfindən tələb edilən konfiqurasiyaya uyğun olaraq seçilən sistemlərlə komplektləşdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş