Danimarka Fransadan CAESAR özüyeriyən haubitsalar alır

Danimarka Silahlı Qüvvələri və Fransanın “Nexter Systems” şirkəti arasında CAESAR versiyalı özüyeriyən haubitsaların alğı-satqısına dair müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Nexter Systems” şirkətinin rəsmi “Twitter” səhifəsində bildirilib.

Müqaviləyə əsasən “Nexter Systems” şirkəti Danimarka Ordusunu 15 ədəd 155 mm çaplı CAESAR özüyeryən haubitsa ilə təmin edəcək.

8×8 təkər formuluna malik “Tatra” şassisi üzərinə inteqrasiya edilən haubitsaların sifarişçiyə çatdırılmasına 2020-ci ildən başlanacaq.

Bununla Danimarka çox aşağı istismar xərclərinə malik CAESAR haubitsalarını istismar edəcək 6-cı ölkə olacaq. CAESAR haubitsalarının ilk partiyasını 2009-cu ildə Fransa Silahlı Qüvvələri alıb və onlardan Livan, Əfqanıstan, Mali və İraqda istifadə edib.

Məlumatda o da qeyd olunub ki, CAESAR dünya üzrə yedəkdə daşınan artilleriyanın sadəliyi və özüyeriyən sistemin portativliyinin (daşına bilmə qabiliyyəti) arasında ən yaxşı balansın nümunəsi kimi tanınıb.

Hazırda beş ölkə “Nexter Systems” şirkətinə ümumilikdə 300-dən çox CAESAR özüyeryən haubitsa sifariş edib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş