Daxili İşlər naziri əsgər və zabitlərlə görüşüb

Daxili İşlər naziri əsgər və zabitlərlə görüşüb

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in Daxili Qoşunlarının Şirvan şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində olub.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat mərkəzindən məlumat verilib.

Nazir əsgər və hərbi qulluqçuların kazarma-məişət şəraiti, maddi-texniki və ərzaq təminatı ilə maraqlanıb, tədris, silah otaqlarına, avtomobil və zirehli texnika parkına, tibb məntəqələrinə və yeməkxanalarına baxış keçirib.

Hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən general-polkovnik V.Eyvazov Qoşunların bütün hərbi hissələrində geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.

Nazir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə əsgər və zabitləri təbrik edib.

Təbirlərin sonunda hərbi hissələrin şəxsi heyətləri təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş