Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Azərbaycanın Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

“Azeri Defence” saytının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müraciətdə deyilir:

“Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib. Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın.

Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!”.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş