Daxili Qoşunlar komandanı gənc əsgərlərin tədrisi ilə maraqlanıb

Daxili işlər nazirinin müavini – Daxili Qoşunların (DQ) komandanı, general-mayor Şahin Məmmədov yanvarın 26-da gənc əsgərlərin qəbulu, yerləşdirilməsi və tədris prosesinin vəziyyətini yoxlamaq məqsədilə qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yerləşən hərbi hissəsində olub. Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Hərbi hissə komandanlığı gənc əsgərlərin mövcud şəraiti, aparılan fərdi psixoloji söhbətlər, həmçinin sağlamlıq durumları barədə geniş məruzə edib.

DQ Komandanı gənc əsgərlərin hərbi xidmətə çağırışa qədərki dövrdə ailə vəziyyəti, məşğul olduqları peşə sahələri, eləcə də hazırkı mənəvi-psixoloji keyfiyyətlərinin dərindən öyrənilməsinin zəruriliyini vurğulayıb.

O, eyni zamanda hərbi hissənin tibb məntəqəsində müalicə olunan gənc əsgərlərlə maraqlanıb, səhhətlərində əsasən mövsümü xəstəliklərin müşahidə olunduğu bir neçə hərbi qulluqçuların daima həkim nəzarətində olması tapşırığını verib.

Sonra ənənəvi olaraq əsgər valideynləri ilə görüş keçirilib, onların fərdi qaydada müraciətləri dinlənilib.Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov yanvarın 25-də qoşunların Qubada yerləşən hərbi hissəsində olub.

KATEQORIYA:
Bu xəbəri paylaş