Daxili Qoşunlara yeni komandan təyin olunub

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına yeni komandan təyin edilib. “AzeriDefence”nin məlumatına görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla general-mayor Şahin Məmmədov Daxili Qoşunların komandanı vəzifəsinə təyin edilib.Ş. Məmmədov bundan əvvəl Daxili Qoşunların qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb.

Bu gün Ş Məmmədov yeni vəəzifədə Daxili Qoşunların Baş İdarəsində şəxsi heyətə təqdim olunacaq.

Qeyd edək ki, Daxili Qoşunların komandanı Zakir Həsənov oktyabr ayında müdafiə naziri təyin edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş