Daxili Qoşunlarda Pakistanın GİDS şirkətinin rəhbəri ilə görüş olub

Daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Pakistanın Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatının (GİDS) baş direktoru, istefada olan general-mayor Tariq Cavaidin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzəriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

General-leytenant Ş.Məmmədov GİDS təşkilatının rəhbərliyi ilə bugünədək keçirilən görüşlərdən bəhs edərək, əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əmin olduğunu qeyd edib. Rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verərək, dünyanın bir çox ölkələrinin müvafiq qurumları ilə qurulan əlaqələri barədə məlut verən T. Cavaid GİDS ilə Azərbaycanın müxtəlif qurumları arasında son illərdə əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etməsini qeyd edərək, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə də müxtəlif istiqamətlərdə müzakirələrin aparılmasına hər zaman hazır olduğunu vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş