Daxili Qoşunların bir qrup hərbi qulluqçusu mükafatlandırılıb

Azərbaycan Daxili İşlər Nazirliyinin (DIN) Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusu IV İslam Həmrəyliyi Oyunları zamanı qarşıya qoyulmuş tapşırıqları keyfiyyətlə yerinə yetirdiklərinə, yüksək peşəkarlıq və hərbi intizam nümayiş etdirdiklərinə görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən mükafatlandırılıb.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bu münasibətlə, iyunun 2-də Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən DİN müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov təltif olunan hərbi qulluqçuları təbrik edib, göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirinə minnətdarlığını bildirib.

Ş.Məmmədov vurğulayıb ki, şəxsi heyət bundan sonra da keçirilən bütün mötəbər tədbirlər zamanı, o cümlədən “Formula-1 Azərbaycan Qran-Prisi” yarışlarında da onlara göstərilən etimadı doğruldacaq, dövlət və dövlətçiliyin qorunması naminə verilən bütün əmr və göstərişləri tam keyfiyyətlə yerinə yetirəcək.

Daha sonra, Ş.Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib.

Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən, ümumilikdə 63 hərbi qulluqçu – 5 nəfər “Vaxtından əvvəl növbəti hərbi rütbə”, 8 nəfər “Təşəkkür”, 15 nəfər “Fəxri Fərman”, 25 nəfər “200 manat məbləğində pul”, 10 nəfər “Xidmətdə fərqləndiyinə görə” döş nişanı ilə mükafatlandırılıb.

Bundan başqa, Daxili Qoşunların Komandanının əmri ilə 65 hərbi qulluqçu – 20 nəfər “Təşəkkür”, 20 nəfər “Fərman”, 25 nəfər “200 manat məbləğində pul” ilə mükafatlandırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş