Daxili Qoşunların gənc əsgərləri Dövlət Bayrağı Meydanında hərbi and içiblər

Noyabrın 14-də Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının gənc əsgərlərinin təntənəli Hərbi andiçmə mərasimi keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, mərasimdə Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov iştirak edib.

Qoşunların Veteranlar Şurasının üzvlərinin və əsgər valideynlərinin də qatıldığı mərasimdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın uverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Sonra gənc əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov hərbi andı qəbul edən gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib.

Hərbi andiçmə mərasimi gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.

Mərasimdən sonra Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov Dövlət Bayrağı Meydanına toplaşmış əsgər valideynləri ilə görüşərək onların istək və təkliflərini dinləyib.

IMG_20151114_200835

IMG_20151114_201510

 

KATEQORIYA:
Bu xəbəri paylaş