Daxili Qoşunların Hərbi Şurasının iclası keçirilib

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Hərbi Şurasının 2016-cı ilin 1-ci yarımilində xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə 2016-cı ilin 1-ci yarımilində xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin nəticələri və qarşıda duran vəzifələr haqqında Daxili Qoşunlar Komandanının 1-ci müavini – qərargah rəisi general-mayor Şirin Xəlilov məruzə ilə çıxış edib. Bildirilib ki, 2016-cı ilin 1-ci yarımili ərzində Daxili Qoşunlar tərəfindən respublikada keçirilən bir çox beynəlxalq əhəmiyyətli və digər kütləvi tədbirlərdə qarşıya qoyulmuş bütün xidməti-döyüş tapşırıqları uğurla yerinə yetirilib, bir sıra nailiyyətlər qazanılıb. Qeyd edilib ki, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi mövcud nizamnamələrin tələblərinə əsasən təşkil edilib. Bununla yanaşı, qoşunlara həvalə edilmiş dövlət obyektlərinin, həmçinin hərbi obyektlərin etibarlı  mühafizəsi təmin olunub.

Daha sonra, hərbi hissə komandirləri və hərbi hissə komandirlərinin müavinləri mövcud vəziyyət barədə məlumat verərək nöqsan və çatışmazlıqların mövcudluğu, yaranma səbəbləri barədə hesabat çıxışları ilə məruzə ediblər.

Müşavirəyə yekun vuran general-leytenant Ş. Məmmədov ümumilikdə, 2016-cı ilin 1-ci yarımilində xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin nəticələrini qənaətbəxş qiymətləndirib, növbəti yarımildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.

KATEQORIYA:
Bu xəbəri paylaş