Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüşüb

Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüşüb

Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovun qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində əsgər valideynləri ilə görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Görüşdən əvvəl Daxili Qoşunların komandanı şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olub, hərbi hissənin ərazisində aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.

General-leytenant Ş.Məmmədov xidməti fəaliyyətə dair zəruri məsələlərlə əlaqədar məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verdikdən sonra övladları ilə görüşə gələn əsgər valideynləri ilə görüşərək, onların müraciətlərini dinləyib.

Görüşün təşkil olunmasında əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan komandan qeyd edib ki, Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparması üçün hərtərəfli şərait yaradılıb. Diqqətə çatdırılıb ki, Daxili Qoşunların hərbi qulluqçularının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış kompleksləri, yeni hərbi şəhərciklər, qərargah binaları, əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri ən müasir zəruri avadanlıqlarla təchiz edilib.

Görüş zamanı valideynlərin övladlarının xidmət keçməsi ilə bağlı verdikləri suallar cavablandırılıb, onların qaldırdığı məsələlərin həlli istiqamətində konkret göstərişlər verilib.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş