Daxili Qoşunların komandanı Qubada hərbçilərin hazırlığıyla bağlı tapşırıqlar verdi – FOTO

Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov yanvarın 25-də qoşunların Qubada yerləşən hərbi hissəsində olub. Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Hərbi hissə komandiri bütün xidmət sahələri üzrə mövcut vəziyyəti məruzə edərək, son illər ərzində hərbi hissənin maddi-texniki bazasının gücləndirildiyini, müasir texnika və avadanlıqlarla təchiz olunduğunun, təlim-tədris prosesinin keyfiyyətlə həyata keçirildiyini bildirib.

Daxili Qoşunlar komandanı hərbi hissədə xidməti-döyüş fəaliyyəti təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə də yaxından tanış olub. O, həmcinin hərbi hissənin tibb məntəqəsində olan əsgərlərin səhhəti ilə maraqlanıb, aparılan müalicənin yüksəldilməsi istiqamətində səylərin artırılmasını önə cəkib.

Nəzəri məşğələlərin keçirildiyi sinif otaqlarına, eləcə də əsgər yataqxanalarına da baxılmış, qış mövsümünə uyğun olaraq otaqlarda temperatur rejiminin ciddi nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Sonra general-mayor Ş.Məmmədov hərbi hissədə xüsusi-taktiki təlimi izləyib, bu kimi məşğələlərin keyfiyyətlə və real şəraitə uyğun keçirilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Hərbi hissənin xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr hərbi hissə komandanlığının diqqətinə catdırılıb.

Daha sonra Daxili Qoşunların komandanı əsgər valdeyinləri ilə görüşərək, onların fərdi qaydada müraciətləri dinləyib. Bir sıra məsələlərin yerindəcə həl olunması üçün müvafiq tapşırıqlar verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş