Daxili Qoşunların komandanına general-leytenant hərbi rütbəsi verilib

Prezident İlham Əliyev Daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanına general-leytenant hərbi rütbənin verilməsinə dair sərəncam imzalayıb.

“AzeriDefence”nin prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının bu gün imzaladığı sərəncamla Daxili Qoşunların komandanı Şahin İsgəndər oğlu Məmmədova general-leytenant hərbi rütbəsi verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş