Daxili Qoşunlarında şəxsi heyətinin 80%-i mənzillə təmin olunub

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında şəxsi heyətinin 80%-i mənzillərlə təmin olunub. “AzeriDefence”nin məlumatına görə, bu barədə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirib.

Z. Həsənovun sözlərinə görə, Daxili Qoşunların şəxsi heyətinin maaşı, digər sosial təminat məsələləri yüksək səviyyədədir və bu da qoşunların xidmətinin yüksək səviyyədə təşkilinə imkan yaradır: “Şəxsi heyət bu hazırlığı görür, etimadı doğrultmaq üçün yüksək səviyyədə xidmət göstərir”.

Z.Həsənov onu da deyib ki, Daxili Qoşunların texnikası, silah-sursatı və xüsusi vasitələri ən müasir tələblərə cavab verir: “Bu istiqamətdə hər il yeniliklər edilir. Silah və texnika parkının yenilənməsi ilə bağlı dövlət başçısının və daxili işlər nazirinin diqqət və qayğısını hər zaman hissi edirik”.

“Azərbaycan silahlı qüvvələrinin maddi-texniki bazası ilə yanaşı, şəxsi heyətin sosial vəziyyətinin yaxşılaşdırılması üçün də bütün zəruri addımlar atılır”, – deyə general Z. Həsənov vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş