DEARSAN Azərbaycan Dəniz Qüvvələrinə lizinqlə gəmi satışını təklif edib

Türkiyənin DEARSAN şirkəti yaxın vaxtllarda Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün təqdimat keçirəcək.“AzeriDefence”nin xəbərinə görə, sentyabrın ortalarına DEARSAN heyətinin Bakıya planlaşdırılan səfəri zamanı şirkətin istehsal etdiyi gəmilər və katerlər barədə Azərbaycan tərəfinə məlumat veriləcək. Əməkdaşlıq imkanları müzakirə olunacaq.

Qeyd edək ki, bu ilin əvvəllərində DEARSAN şirkətinin sahibi Əziz Yıldırım Bakıda olub və Dəniz Qüvvələri Komandanlığında görüşlər keçirib.

DEARSAN şirkəti Azərbaycan HDQ-yə lizinqlə gəmi satışını təklif edib.
Qeyd edək ki, DEARSAN şirkəti Xəzər regionunda artıq 5 ilə yaxındır çalışır. Şirkət Xəzər dənizində Azərbaycanla maraqları toqquşan və neft yataqlarına görə rəsmi Bakını beynəlxalq məhkəməyə vermiş Türkmənistan Dəniz Qüvvələri üçün 10 ədəd Yeni Tip Gözətçi Gəmisi, 20-dək müxtəlif təyinatlı kater inşa edib. Bu il isə sifariş aldığı daha 6 ədəd itisürətli hücum katerinin çatdırılması layihəsi üzrə ilk katerin inşasına başlayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş