Dekabrda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu keçiriləcək

Dekabr ayının 12-dən 14-dək Ankarada növbəti Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu keçiriləcək.

“AzeriDefence”nin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, Yüksək Səviyyəli Hərbi Dialoq iclasında Müdafiə Nazirliyi ilə yanaşı Müdafiə Sənayesi Nazirliyi və digər hərbi qurumların nümayəndələri təmsil olunacaqlar. Azərbaycan tərəfdən nümayəndə heyətinə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev rəhbərlik edəcək.

İclasda növbəti il üçün iki ölkənin Silahlı Qüvvələri arasında həyata keçiriləcək birgə tədbirlər, görüşlər, o cümlədən hərbi təhsil sahəsində bir sıra məsələlərin – xüsusilə də cari ilin iyul ayından sonra azərbaycanlı kursantların Türkiyənin ali hərbi məktəblərinə göndərilməsində yaranan problemin həllinə dair müzakirələrin aparılması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş