Dekabrın 31-də Silahlı Qüvvələrdə “açıq qapı” keçiriləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 31-də saat 10.00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunacaq. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

“Açıq qapı” günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. 

Həmin gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş