Denel “Umkhonto-IR” zenit-raket kompleksini sınaqdan çıxardı

Denel Dynamics şirkətinin “Umkhonto-IR” hava hücumundan müdafiə kompleksi sınaqlar zamanı yaxşı nəticə göstərib. Bu barədə “AzeriDefence” Denel şirkətinin saytına istinadən məlumat verib.

Atış sınaqlar zamanı üç imitator üzrə üç raket işə salınınıb. İki raket hədəfləri 15 kilometr, bir raket isə 20 kilometr məsafədə vurub.

Sınaqlar zamanı “Umkhonto-IR” kompleksindən Block 2 versiyalı raketlər tətbiq edilib. Bu raketlərin təsirli mənzili 12 km-dən 20 km-dək artırılıb.

“Umkhonto” vertikal raket buraxılış kompleksi təyyarə, helikopter, PUA və qanadlı raketlərdən müdafiə üçün nəzərdə tutulur. Sistemin infra-qırmızı (Umkhonto-IR) və radiolokasiya (Umkhonto-R) tuşlama başlıqlı modifikasiyaları mövcuddur.

Sistemə Reutech şirkətinin istehsalı olan RSR – 320 radarı daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş